23 yanvar 2012 18:09
Simurq Bakının sabiq forvardı ilə gücləndi
“Simurq” heyətini daha bir əcnəbi ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu “Bakı”nın sabiq üzvü Vyaçeslav Sofroni ilə anlaşıb.
Moldovalı forvardla artıq bütün məsələlərdə razılığa gəlinib və müqavilə imzalanıb. Qeyd edək ki, bu futbolçu mövsümün indiyəqədərki hissəsini vətənində keçirib.
