23 yanvar 2012 18:32
“Bakı ilə oyunlar mənim üçün xüsusi olacaq”
“Simurq”un yeni transferi Vyaçeslav Sofroni keçmiş komandası “Bakı”ya qarşı gələcək oyunlardan danışıb. Azerisport.az saytına müsahibəsində moldovalı hücumçu “zolaqlılar”la görüşləri belə dəyərləndirib:
“Simurq”un bütün oyunları mənim üçün vacibdi. Həm də yeni komandamın hələ ilk altılığa düşmək şansları qalmaqdadı. Hələ kimlərin orda oynayacağına tam aydınlıq gəlməyib. Biz də ilk altı komanda arasında yer almağı düşünürük. “Bakı” ilə görüşlərə gəlincə, təbii ki, bu komanda ilə çoxlu uğurlara imza atmışam, xatirələr az deyil. “Bakı” karyeramda həm yaxşı, həm də pis anlar olub. Hər halda onlarla qarşılaşma mənim üçün xüsusi oyun olacaq”.