23 yanvar 2012 18:40
Neftçinin Türkiyə toplanışı (FOTOREPORTAJ)
"Neftçi"nİn icraçı direktoru Mübariz Xudiyev komandaların Antalya təlimləri barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Əsas komandamız ilk hazırlıq mərhələsini başa vurmaq üzrədir. Bu müddət ərzində əvəzedici heyətin 6 üzvü əsas komanda ilə məşqlərdə və yoxlama oyunlarında iştirak etdi. Əvəzedici komandamız isə artıq 5 gündür məşqlərə başlayıb. Onlar da öz növbəsində hazırlıqlara aşağı yaş qruplarından futbolçular dəvət edib. Məqsəd odur ki, onlar arasından ən yaxşıları seçib əsas komandaya qazandıraq. Əsas və əvəzedici komandalara yaradılmış bu şərait klub prezidenti Sadıq Sadıqovun yerli və gənc futbolçulara göstərdiyi qayğının nəticəsidi".
Sonda əvəzedici komandanın məşqlərindən hazırlanan fotoreportajı təqdim edirik.
Foto: Neftçi
