23 yanvar 2012 19:04

Sadıq Sadıqov: Bu, böyük uğurdu (FOTOLAR)

Bu gün "Neftçi"nin bazasında klub prezidenti Sadıq Sadıqov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş "Dəri top" turnirinin qalibi olan U-14 komandasının futbolçuları, onların valideynləri və məşqçiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, "Neftçi"nin prezidenti yeniyetmə futbolçuları beynəlxalq turnirdə qazandıqları qələbə münasibəti ilə təbrik edərək, qələbənin əhəmiyyətindən danışıb:
 
"Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəaları AFFA rəhbərliyi tərəfindən layiqincə yerinə yetirilir. "Neftçi"də ən prioritet məsələlərdən biri uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxarılmasıdı. Müxtəlif yaş qrupları üzrə komandalarımız hər il beynəlxalq yarışlarda uğurla iştirak edirlər. Çox sevindirici haldı ki, bu dəfə U-14 komandamız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş "Dəri top" turnirinin qalibi olub. MDB və Baltikyanı ölkələrdən olan 12 komanda arasında birinci yeri tutmaq böyük uğurdur. Bu münasibətlə bütün komanda üzvlərini təbrik edirəm".
 
Sonra qalib komandanın baş məşqçisi Araz Qulamov öz növbəsində klub rəhbərliyinə, şəxsən Sadıq Sadıqova onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib və yarış barədə ətraflı məlumat verib: "Çox maraqlı turnir idi. Ayrı-ayrı komandalarda Rusiyanın, eləcə də digər ölkələrin ən perspektivli yeniyetmələri iştirak edirdi. Heç kəs Azərbaycan təmsilçisinin, yəni "Neftçi"nin birinci olacağına inanmırdı. Sonda hamını təəccübləndirə bildik. Hesab edirəm ki, bu məhz "Neftçi" PFK rəhbərliyinin uşaq futboluna göstərdiyi diqqət və qayğının nəticəsidir. Əminəm ki, belə şəraitdə uğurlarımızın davamı gələcək".
 
Sonda xatirə şəkli çəkdirilib. Qeyd edək ki, yanvarın 14-dən 18-dək keçirilən yarışda "Neftçi" ilə yanaşı, "Sozvezdiye", "Maşinstroitel", 51 saylı futbol məktəbinin komandası (hər üçü Rusiya), "Aleksandr kollegiyası", 73 saylı futbol məktəbinin komandası (hər ikisi Ukrayna), "Muxavets" (Belarus), "Sokol" (Moldova), "Simnas" (Litva), "Şitika" futbol məktəbinin komandası (Latviya), "Merke" (Qazaxıstan) və "Ravzana" (Tacikistan) klubları iştirak edib.
 
“Neftçi” "Şitika" (7:2), "Merke" (3:0), "Muxavets" (4:0), 73 saylı futbol məktəbinin komandası (1:1, 5:4-pen.) və "Sozvezdiye" klubunu (1:0) məğlub edərək kuboka sahib çıxıb. Üstəlik, U-14-ün 2 oyunçusu - Əli Şirinovla Rövlan Muradov turnirin ən yaxşısı seçilib. Komandanın kapitanı Əli Şirinov ən yaxşı müdafiəçi, Rövlan Muradov isə turnirin ən yaxşı futbolçusu seçilib. Rusiya Futbol İttifaqının rəhbərliyinin də iştirak etdiyi mükafatlandırma mərasimində Şirinovla Muradova mükafatları qonşu ölkənin tanınmış futbol xadimləri təqdim edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.