23 yanvar 2012 19:17
Bakının seneqallı qapıçısı karyerasını başa vurur
“Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko karyerasını başa vurur. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi təcrübəli futbolçuya məşqçilik təklif edəcək.
Sissoko yayadək komandada qapıçı kimi qalacaq. Mövsümlərarası dövrdə isə 33 yaşlı qolkiperə qapıçılarla işləyən məşqçi kimi çalışması təklif olunacaq.
Qeyd edək ki, Xalidu Sissoko 2002-ci il Dünya çempionatında Seneqal millisinin heyətində yer alıb. O, “Dinamo”nun adını dəyişərək, “Bakı”ya çevrildiyi 2004-cü ildə bu kluba transfer olub. Hazırda komandada qapıçılarla işləyən məşqçi vəzifəsini türkiyəli Aydın Salatan tutur.
