23 yanvar 2012 11:37

AFFA və FİFA prezidentləri arasında görüş keçirilib (FOTO)

AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FİFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. Azerisport.az xəbər verir ki, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən AFFA-nın prezidenti bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd edib.
 
Bildirilib ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və köməklik göstərən Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. “Dövlət başçımızın və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməlqoyma mərasimi keçirildi, AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”nın açılışında isə siz də iştirak etdiniz”.
 
İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası Dünya Çempionatı 2012-nin yüksək səviyyədə təşkili üçün mütəmadi işlərin görüldüyü FİFA prezidentinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Respublika Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi qaydada tanış olur:
 
“Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin idman ili elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidi. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq”.
 
Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olunub.
 
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
Sonda xatirə şəkli çəkdirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.