23 yanvar 2012 11:42
Blatter sentyabrda Azərbaycana gələcək
Xəbər verdiyimiz kimi, AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FİFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qaldığını deyən FİFA-nın prezidenti Yozef Blatter bunları qeyd edib:
“Mən buna əvvəlcədən də əmin idim. Çünki dövlətinizin başçısı İlham Əliyevin idmana, xüsusilə də futbola olan sevgisini və bunun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcək”.

Qeyd olunub ki, dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığınızı bir daha təsdiqləyir.
FİFA-nın prezidenti Yozef Blatterin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən AFFA-nın prezidenti Rövnəq Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət edib. AFFA-nın prezidentinin bu dəvətini məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirib.