23 yanvar 2012 21:00
Millimiz Macarıstanla sülh bağladı (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız bu gün qardaş ölkədə ilk sınaq matçına çıxıb.
Belə ki, Bernard Raabın yetirmələri Macarıstanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Şəhriyar Xəlilov fərqlənib..
Yoxlama oyunu
23 yanvar
Azərbaycan - Macarıstan - 1:1
