23 yanvar 2012 12:32
Cavid Qarayev UEFA-nın tədbirində iştirak edəcək
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın Marketinq-Məşvərət Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, AÇ-2012 və Avropa çempionatının seçmə mərhələsinin eksklüziv tələbləri mövzusunda müzakirələr aparılacaq iclasda AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi, qeyd olunan komitənin üzvü Cavid Qarayev iştirak edəcək.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
