23 yanvar 2012 13:01

“Azərbaycan millisinə çağrılmaq istəyirəm”

“Sumqayıt”ın qış “transfer pəncərəsi” dövründə heyətinə qatdığı Yasin Abbasov hazırda Antalyada komanda ilə birlikdə məşq edir. Azerisport.az xəbər verir ki, ən böyük arzusunun milli komandanın formasını geyinmək olduğunu deyən adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verib.
 
- Premyer Liqanın birinci dövrəsi sənin üçün nə ilə yadda qaldı?
- Premyer Liqanın ilk dövrəsi mənim üçün olduqca pis keçdi. “Turan”dakı məlum hadisələr bütün futbolçular kimi, mənə də psixoloji cəhətdən pis təsir etmişdi. Bu səbəbdən Tovuz klubunda istədiyim oyunu nümayiş etdirməkdə çətinlik çəkirdim.
 
- “Sumqayıt”a gəlişin necə baş tutdu?
- İki ay bundan əvvəl “Sumqayıt”ın mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, Premyer Liqanın bir necə komandası da xidmətimdə maraqlı idi. Təklif aldıqdan sonra “Sumqayıt”ın rəhbərliyi ilə görüşdüm. Rəhbərliyin futbolçularla münasibətini gördükdən sonra burada oynamağa razılıq verdim. Bir klubun rəhbərliyi futbolçu ilə xoş münasibətdə olursa, futbolun inkişafı üçün bacardığı hər bir şeyi edirsə, bu məkanda olmaq insana xüsusi zövq verir. Sözün əsl mənasında “Sumqayıt”ın rəhbərliyi tək mənə yox, heyətdə yer alan bütün futbolçulara xoş münasibət göstərir və futbolun inkişafı üçün çalışır.
 
- Antalyadakı hazırlıq prosesi necə gedir?
- Müqavilə imzaladıqdan sonra Antalyaya klubun düşgəsinə yollandım. Məni burada çox xoş qarşıladılar. Baş məşqçi Bernard Raabla tanış olduqdan sonra ilk məşqimə çıxdım. Hazırda təlim-məşq toplanışı yüksək səviyyədə davam edir. “Paderborn”la yoxlama oyununun ikinci hissəsində də meydana çıxdım. Düşünürəm ki, hazırlıq prosesinin sonuna qədər komandaya tam uyğunlaşacağam.
 
- Yeni klubun haqqında nə deyə bilərsən?
- Bu layihəni çox bəyənirəm. “Sumqayıt” Azərbaycan futboluna çox xeyir verəcək. Bildiyiniz kimi, komanda gənc futbolçulardan qurulub. Burada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. “Sumqayıt” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ”, AZAL və “Kəpəz” kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. “Sumqayıt”da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinə çağrılmaq istəyirəm. Yığmanın formasını geyinmək ən böyük arzumdu.
 
- Premyer Liqanın ikinci mərhələsindən nə gözləyirsən?
- Altılıq mərhələsinə qədər bizi 4 çətin oyun gözləyir. Bu qarşılaşmalarda xallar toplamaq məcburiyyətindəyik. Düşünürəm ki, “Sumqayıt” Premyer Liqada 7 və ya 8-ci pillələr üçün oynaya bilər. Gələn mövsüm isə bu klub daha uğurlu nəticə əldə edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.