24 yanvar 2012 13:01
Qəbələnin Türkiyə toplanışına davam (FOTOREPORTAJ)
Yanvarın 20-dən etibarən Antalyanın Belek bölgəsində təlim-məşq toplanışı keçirən “Qəbələ” hazırlıqlarını gündəlik iki məşqlə davam etdirir. Azerisport.az xəbər verir ki, günün ilk yarısında komanda əsasən fiziki hazırlıq yüklü çalışmalar yerinə yetirir. İkinci məşqdə isə toplu çalışmalara üstünlük verilir və ikitərəfli oyun keçirilir.
