24 yanvar 2012 13:12
Qarabağda Qarayev şoku
Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” itkiylə üzləşib. Azerisport.az xəbər verir ki, dizində ağrı olan Qara Qarayev artıq Antalyanı tərk edib.
Həkim müayinəsindən sonra 19 yaşlı müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib. Əmiliyyata ehtiyac duyulduğundan Qara artıq İstanbula yollanıb.
Adı çəkilən şəhərdə əməliiyat olunduqdan sonra bərpa prosesi keçəcək Qaranın təxminən 6 həftə yaşıl sahələrdən uzaq qalacağı gözlənilir.
