24 yanvar 2012 19:49

XL Wolfsburgu məğlub etdi (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Cüneyt Biçər yetirmələrini Almaniyanın “Wolfsburg II” komandası ilə görüşdə sınayıb.
 
Qarşılaşmanın ilk yarısında əvəzedici heyətlə mübarizə aparmasına rəğmən, təmsilçimiz qapısının toxunulmazıığını təmin edə bilib. Fasilədən sonra isə əsas heyətlə mübarizə aparan lənkəranlılar çətin qələbəyə seviniblər.
 
Qeyd edək ki, öncədən cənub təmsilçisinin bu gün Albaniyanın “Teuta” klubu ilə üz-üzə gələcəyi bildirilirdi. Lakin nədənsə rəqib son anda dəyişdirilib.
 
Komandanın Antalyadakı ilk rəqibi isə Türkmənistan yığması olmuşdu. "Ağ-yaşıllar" həmin oyunda qeyri-adi rəqib üzərində 3:1 hesabıyla qələbə qazanmışdılar.
 
Yoxlama oyunu
24 yanvar

Xəzər Lənkəran – Wolfsburg II - 2:1 (0:0)
Qollar: Elnur Abdullayev, 63, B.Subaşiç, 82.
 
"Xəzər Lənkəran"ln start heyəti: Kamal Bayramov, Fikrət Ulduzlu, Kamran Abdullazadə, Akif Tağıyev, Elvin Mirzəyev, Andrey Mureşan, Rikardo Qomeş, Alim Qurbanov, Elman Taqayev, Elnur Allahverdiyev, Eder Bonfim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.