24 yanvar 2012 13:37
Keyruş: Hədəflərimiz Azərbaycanla oyundan asılıdı
Futzal üzrə Portuqaliya yığmasının hücumçusu Joel Keyruş qarşıdan gələn AÇ-2012-nin oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, D qrupunda Azərbaycan və Serbiya ilə birgə yer alan portəgizlərin aparıcı oyunçusu öncə bunları dilə gətirib:
“Azərbaycanla ilk oyun çox çətin olacaq. Biz bu komandaya qarşı artıq iki dəfə oynamışıq. AÇ-2010-un həm təsnifat, həm də final mərhələsində rəqibimiz olmuşdular. Azərbaycanlılar bizi o vaxt da favorit sayırdılar, indi də elə deyirlər. Sadəcə, onlar o vaxt da göstərmişdilər ki, necə yaxşı komandaya malikdilər. Yaxşı keyfiyyətli oyunçuları var. Biz AÇ-nin start matçına ciddi hazırlaşırıq. Məğlub olmaq istəmirik. Qələbə qazanmağı hədəfləmişik”.

Onun sözlərinə görə ilkin hədəf məhz Azərbaycanı məğlub etməkdən ibarətdi: “Yığmanın baş məçqçisi bizə tez-tez start matçındakı qələbənin vacibliyindən danışır. Sonra nə olacağı barədə düşünmək hələ tezdi. Çünki heç ilk oyunumuzu keçirməmişik. Odu ki, bizim hədəflərimiz Azərbaycanla oyundan asılıdı”.
Keyruş qeyd edib ki, onun komandası AÇ-ni qazanmaq üçün heç də pis şansa malik deyil: “Biz düzgün yoldayıq. Ötən oyunlardakı səhvlərimiz üzərində işləyirik. Yaxşı nəticələr qazanırıq. İspaniya, Rusiya, İtaliya kimi dünyanın ən yaxşı komandalarına qalib gəlirik. Bütün bunlar siyasətimizin düzgünlüyündən xəbər verir”.
AÇ-2010-da Maşado Nilson (Azərbaycan), Xavi Rodriqes (İspaniya) və Saad Assislə (İtaliya) birgə turnirin ən yaxşı bombadirlərindən biri olan Keyruş bu uğurunu təkrarlamaq şanslarından da danışıb: “Bu barədə düşünmürəm. Heç 2010-cu ildə də nələr olacağı barədə öncədən düşünmürdüm. Bəli, mən o vaxt bombardirlər arasında yer aldım. Amma unutmayın ki, bizdə Kardinal və Rikardinyo kimi vuran ayaqlar da var”.