24 yanvar 2012 15:11

Blatter: FİFA DÇ-nin Azərbaycana həvalə edilməsindən məmnundu

FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az həmin kiçik müsahibəni təqdim edir:
 
- Cənab Blatter, Azərbaycanda ilk dəfə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıqla bağlı görülən işləri necə qiymətləndirirsiniz?
- Bu çempionata hazırlıqla bağlı görülən işlərdən çox razıyıq. Hazırlıq prosesinin gedişatı FİFA-nı tam qane edir. Mən buna əvvəldən də əmin idim. Çünki Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı görülən işlər buna geniş zəmin yaradır. Əgər dünya çempionatlarına ev sahibliyi etmək istəyən bütün ölkələr belə çalışsalar, o zaman təşkilati işlərlə bağlı heç bir problemlə qarşılaşmarıq.
 
AFFA-nın 17 yaşadək qadınlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı təqdim etdiyi sosial və mədəni layihələr bizi həddindən artıq sevindirir. Bununla yanaşı, çempionatda iştirak edəcək bütün futbolçuların valideynlərinin, həmin ölkələrin oğlanlardan və qızlardan ibarət digər yaş qruplarına aid komandalarının AFFA tərəfindən Azərbaycana dəvət edilməsi çempionata xüsusi rəng qatacaq, turnirin daha da maraqlı keçməsinə səbəb olacaq. Bu və digər ideyalarınız bizi sevindirir. Belə gözəl və inanılmaz layihələri görmək üçün çempionatın başlanmasını səbirsizliklə gözləyirik. Çünki bu regionda və belə mədəni tədbirlər çərçivəsində 17 yaşadək qadınlar arasında dünya çempionatını keçirmək bütün dünyada qadın futbolunun inkişafına böyük təkan verəcək. Bu işə böyük dəstək verdiyinə görə dövlət başçınıza və AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. FİFA bu çempionatın keçirilməsinin Azərbaycana həvalə edilməsindən məmnundur. Üzümü azarkeşlərə tutub deyirəm ki, Azərbaycanda qadın futbolunun inkişafına dəstək verin. Belə olan halda, kişi futbolu da inkişaf edəcək, çünki bu, onlar üçün böyük bir çağırış olacaq.
 
- Artıq məlumatınız var ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Buna FİFA prezidenti kimi sizin də münasibətinizə bilmək maraqlı olardı.
-Dövlətinizin başçısı İlham Əliyevlə bizim dostluq əlaqələrimiz var və onun idmanın inkişafı naminə necə böyük səylə çalışdığını yaxşı bilirəm. Azərbaycanda dünya çempionatının keçiriləcəyi ilin “İdman ili” elan olunması onu göstərir ki, ölkəniz bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. Onu da qeyd edim ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək. Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm. Hər birinizə uğurlar arzulayıram. Bu ilin sentyabr ayında görüşənədək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.