24 yanvar 2012 16:21
Hertanın futbolçusu Azərbaycan millisində
Xəbər verdiyimiz kimi, fevralın 1-də və 3-də, Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq qeyd edilən oyunlar üçün yığmamızın heyəti də açıqlanıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Eyyub Əliyev – «Neftçi»
Fərid Ağayev – «Qəbələ»
Elşən Abdullayev – «Neftçi»
Məqsəd İsayev – «Neftçi»
Azər Salahlı – «İnter»
Fuad Bayramov – «İnter»
Murad Musayev – «Qəbələ»
Ülvi Qoçaylı – «Qəbələ»
Taşkın İltər – «Herta 03 Berlin» (Almaniya)
Samir Yusifov – «Sumqayıt Şəhər»
Şamil Cəmalləddinov – «Sumqayıt Şəhər»
Orxan Əliyev – «Sumqayıt Şəhər»
Ruslan Nəsirli – «Sumqayıt Şəhər»
Elnur İsmayılov – «Daçiya» (Moldova)
Namiq Ələsgərov – «Bakı»
Samir Məsimov – «Lokomotiv» (Moskva)
Niyaz Həsənov – Klubsuz
Maqomed Əliyev – «Strogino» (Rusiya)
