24 yanvar 2012 16:43
AZAL birinci divizion klubuna qalib gəldi
Mövsümün qalan hissəsinə ölkədə hazırlaşan AZAL daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” ikinci dəfə “Neftçala” ilə qarşılaşıb.
Paytaxt klubu birinci divizion təmsilçisini 2:0 hesabı ilə yenib. AZAL-ın heyətində Orxan Səfiyaroğlu və Georgi Boqyu fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş yanvarın 19-da keçirilmiş və AZAL həmin oyunda da 2:0 hesablı qələbə qazanmışdı. Rafiq Mirzəyevin komandası yanvarın 27-də “Rəvan”la qarşılaşacaq.
