24 yanvar 2012 17:38
“Azarkeşlərimiz daha güclü Bakı görəcəklər”
“Bakı”nın və Sierra-Leone milli komandasının futbolçusu İbrahim Karqbo Türkiyədəki hazırlıqların gedişi və gələcəyə baxışını klubun saytına açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İlk mərhələni geridə qoyduq, artıq hazırlığın ikinci mərhələsindəyik. Çempionat oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Qarşıda bizi çox ciddi və çətin oyunlar gözləyir. Toplanışın ilkin mərhələsi zamanı keçirdiyimiz hər iki yoldaşlıq görüşündə məğlub olduq. Hər iki oyunda güclü rəqibə qarşı oynadıq. hollandiya və Almaniya klubları oyunlar bizim çatışmayan cəhətlərimizi üzə çıxardı. Məncə, xətlər arasındakı əlaqələr hələ də istənilən səviyyədə deyil. Yaxın günlərdə 2-3 yeni futbolçu komandamıza qoşulacaq. İrəlidə hələ kifayət qədər zaman var və inanıram ki, komandamızın oyunu gündən günə yaxşılığa doğru dəyişir. əminəm ki, azarkeşlərimiz daha güclü “Bakı” görəcəklər”.