24 yanvar 2012 20:16
Cüneyt Biçər: Qələbədən çox sərgilədiyimiz oyunu bəyəndim
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Türkiyə toplanışı çərçivəsində bu gün Almaniyanın “Wolfsburg II” komandasına qarşı keçirdikləri sınaq matçını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Oyundan raz qaldım, futbolçularımızı yoxlaya bildim. İlk yarıda bir heyət oynadı, fasilədən sonra isə digər futbolçulara şans verdik. Heç kimi xüsusi vurğulamaq istəməzdim. Amma etiraf edim ki, qələbədən çox sərgilədiyimiz oyunu bəyəndim. Ən əsası odu ki, futbolçular qələbə üçün əllərindən gələni etdilər. Belə hakimliyi şərh də etmək istəməzdim. Amma bu da bir təcrübədi”.
