24 yanvar 2012 11:25
Rəşad Sadıqov: Qarabağın avrokublarsız qalması tam realdı
“Qarabağ”ın lideri Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində Türkiyə toplanışından, zədəsindən, eləcə də Vaqif Cavadovun komandaya dönüşündən danışıb.
- Zədədən sonra mövsümün startına kimi 100 faiz hazır ola biləcəksiz?
- Məşqlərə başlamışam. Amma hələ tam gücümlə çalışa bilmirəm. 3-4 gündən sonra komandayla birgə hazırlıqlara başlaya biləcəm. Əlbəttə, ümumi komandadan ayrı düşsəm də, fərdi məşqlər edirəm. Həkimlər yoxlama matçlarında iştirakıma icazə vermirlər. İndi əsas bu zədədən sonra tam sağalmaqdı. Lakin etiraf edim ki, belə gözləməkdən özüm də yoruluram.

- Neçə gündü futbolsuz qaldığınızı hesablamısız?
- Əlbəttə. Artıq əməliyyatdan bir ay keçir. Amma ona qədər də qolum sındığına görə normal məşq edə bilmirdim. 80 günə yaxındı meydana çıxmıram.

- Adətən “Qarabağ” qış fasiləsindən sonra daha yaxşı oyun sərgiləməyə başlayır. Bu dəfə də eyni prosesin təkrarlanacağını gözləmək olar?
- Yaxş istirahətdən sonra təzə güclə hazırlaşırsan, belədə təbii ki, yaxşı oyun sərgiləmək istəyi də az olmur. Ötən mövsümlərdən fərqli olaraq, bu il üç klubdan geri qalırıq. Özü də xal fərqi böyükdü. Bu mövsüm işimiz daha çətin olacaq. İşə tam məsuliyyətlə yanaşmaq lazımdı, bütün çətinliklərə komanda halında sinə gərib, nəsə etmək olar. Əks halda heç nə edə bilməyəcəyik.

- “Qarabağ”ın avrokublarsız qalmasını təsəvvür edə bilirsiz?
- Bəli, bu, tamamilə realdı. Yenə deyirəm, rəqiblərlə aramızdakı fərq böyükdü. Dördüncü yer isə Avropa Liqasına vəsiqəni təmin etmir.
- Hazırda ən-səs küylü transfer “Qarabağ”dan gəlib – Vaqif Cavadov...
- O, bizim futbolçu olub və demək olar ki, ən yaxşı matçlarını elə burda keçirib. “Tvente”də bəxti gətirmədi. Zədə ilə üzləşdi. “Bakı”da özünü tapa bilmədi. “Volqa”da forma yığmağa başlayırdı. Amma “Qarabağ” onun nəyə qadir olduğunu yaxşı bilir.
- Cavadov əvvəlki formasını bərpa edə bilər?
- Ümid edirəm ki, iki il öncəki Vaqifi görə biləcəyəm. Ondan çox şey asılıdı. Qurban Qurbanov onu həmişə diqqətdə saxlayır, məsləhətlərini verir. Ona məşqçinin sözlərinə diqqətlə qulaq asmaq və bütün kənar fikirləri başından atmaq lazımdı.

- Cavadov Roşanın gedişindən sonra yaranan boşluğu doldurdu?
- Bizim sol cinahla bağlı problemimiz vardı. Adamiya özünü daha çox mərkəzdə yaxşı hiss edir, nəinki cinahda. Buna görə də eyni taktika ilə oynaya bilmirik. Fikrimcə, Cavadovun gəlişindən sonra bu problem həllini tapacaq. Amma məşqçilər korpusu başqa yeni oyunçulara da baxırlar.

- Roşayla bağlı nə problem yaranmışdı ki?
- Dekabrın 24-də belə bir qərar qəbul olundu ki, braziliyalı klubdan kənarlaşdırılır. Sadəcə, informasiya yayılmadı. Biz öncədən də bilirdik ki, o, toplanışa gəlməyəcək. Yəni onun komandadan uzaqlaşdırılması toplanışa gəlməməsi ilə bağlı deyildi. Bu ayrılığın əsl səbəblərini isə bilmirəm.