24 yanvar 2012 00:04
Qəbələnin Türkiyə toplanışı heç-heçə ilə başa çatdı
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün son - üçüncü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yerli “Antalyaspor”un əvəzedici komandası ilə üz-üzə gələn U-17 matçdan heç-heçə ilə ayrılıb – 2:2.
Rəqibin qapısından qolları Əsgər Nəbiyev və Fərid Hacıyev keçirib. Bununla da “Qəbələ” 14 yanvardan davam edən təlim-məşq toplanışına yekun vurub. Komanda bu gün vətənə qayıdacaq.
