24 yanvar 2012 00:12
Xəzər Lənkəran üçün Wolfsburg sınağı
“Xəzər Lənkəran” Türkiyədəki təlim-məşq toplanışında Almaniya klubu ilə yoxlama matçı keçirəcək. Azerisport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “ağ-yaşıllar” bu ölkənin “Wolfsburg II” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, matçın dəqiq vaxtı barədə məlumat verilmir. Lakin mənbənin verdiyi məlumata görə, qarşılaşma fevralın 2-də keçirilə bilər.
Maraq üçün bildirək ki, cənublular da həmin gün üçün yoxlama matçı keçirməyi planlaşdırır. Amma rəqibin kimliyi barədə rəsmi açıqlama verilmir. Amma “Xəzər Lənkəran”ın yanvarın 24-də Albaniyanın “Teuta”, 29-da isə Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşacağı dəqiq idi. Baxmayaraq ki, yeni açıqlanan xəbərlərdə "Wolfsburg II" ilə görüşün elə bu gün keçiriləcəyi də iddia olunur.
