24 yanvar 2012 12:20
Top-Top xanım (FOTO)
Xəbər verdiyimiz kimi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotunun adının müəyyənləşdirilməsi ilə bağlı müsabiqə elan olunub. Azerisport.az xəbər verir ki, müsabiqəyə təkliflərini göndərənlər arasında “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə də var.
B.Bağırzadə maskotun “Top-Top xanım” adlandırılmasını təklif edib. O, təklifini belə əsaslandırıb ki, “Top-Top xanım” adının futbolun əsas atributlarından biri olan top sözü ilə bağlılığı var. Üstəlik, “top” ifadəsi bir çox dildə “ən yaxşı” mənasında işlədilir.
