24 yanvar 2012 00:38
Əsgər Abdullayev: Hazırda Turan adlı klub yoxdu
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində klubun sahib prezidenti Musa Süleymanovun Tovuz təmsilçisini maliyyələşdirməkdən imtina etməsindən, eləcə də komandanın gələcək aqibətindən danışıb.
- Mətbuatda xəbər yayıldı ki, Musa Süleymanov klubu maliyyələşdirməkdən imtina edib...
- Mənə də bu barədə klubun direktoru məlumat verdi. Təəssüf ki, hazırda komandamız çox pis vəziyyətdədi. Süleymanovu başa düşmək olar. O, deyib ki, klubu saxlaya bilmir və buna görə imtina edib. Mən hələ futbolçularla danışmamışam. Məni də başa düşün. Nə deyim onlara?
- Heç olmasa onlarla əlaqə saxlayırsız?
- Yerli uşaqlarla mən hər gün telefonla danışıram. Onlar nə vaxt toplaşacağımızı bilmək istəyirlər. Mən onlara hələlik fərdi məşq etməyi məsləhət görürəm. Legionerlər də zəng edirlər. Onları da narahat edən odu ki, mətbuatda “Turan”ın çempionatda iştirak etməyəcəyi barədə xəbərlər yayılıb. Hazırda komanda məşq etmir. Komandada məlum maliyyət problemləri olduğundan, toplanış keçməyə də imkan yoxdu.
- Demək olar ki, artıq “Turan” yoxdu?
- Bu nə qədər ağır olsa da, deməliyəm ki, prezidentsiz klub olmur. Hazırda Süleymanov komandanı saxlamaq istəmədiyini deyir. Mümkündü ki, sabah yeni sponsor çıxsın, komandanı saxlamaq istəsin. Amma sabah bizi nə gözlədiyini heç kim bilmir. Amma hazırda “Turan” adlı klub yoxdu. Əgər kollektiv çempionata hazırlaşmırsa, futbolçular məşq etmirsə, deməli, komanda çempionatda da iştirak etməyəcək.

- Siz də klubdan gedəcəksiz?
- Mən komandada olsam da, yox kimiyəm. İstefa verməmişəm, problemlərin həllini gözləyirəm. əsas futbolçuların gələcəyidi.
- “Turan”a gəlişinizi səhv addım hesab etmirsiz ki?
- Mən belə deməzdim. Bizim Süleymanovla görüşümüz oldu. Orda Tovuz futbolunun inkişafı ilə bağlı müzakirələr apardıq. Axı Tovuzda istedadlı uşaqlar çoxdu. Məni bu komandaya daha çox gənclərlə işləmək həvəsi gətirdi. İnanın ki, Tovuzda çox perspektivli uşaqlar var. Həmçinin azarkeşlərə də böyük hörmətim var. Onlar istənilən vaxt bizi dəstəkləyirdilər. Heç kim belə olacağını bilməzdi.

- Klub prezidenti ilə daha nələrdən danışmışdınız?
- Bilirsiz, Süleymanov məşğul adamdı. Mən onunla yeni ildən sonra danışdım. O, bildirdi ki, maliyyə problemlərinin həlli ilə məşğul olur. Amma göründüyü kimi, problemləri yoluna qoya bilmədi. Bu, onun günahı deyil. İndi komanda saxlamaq çox çətindi.
- Düşünmürsüz ki, hazırkı durum bir məşqçi kimi sizin imicinizə xələl gətirir?
- Pul olsaydı, “Turan” belə vəziyyətdə olmazdı. Biz gələcəyin komandasını yaratmaq istəyirdik. İstənilən halda ümid edirəm ki, klub çempionatdakı çıxışını mövsümün sonuna kimi davam etdirə biləcək. Əks halda Tovuz böyük futbolsuz qalacaq. Bizdə hamı bahalı futbolçulardan danışır, amma “Turan” çempionatdakı çıxışını davam etdirməyə pul tapa bilmir.