24 yanvar 2012 00:48
Kovaçeviçin Azərbaycan üzərində qələbə planı
Futzal üzrə Serbiya yığmasının baş məşqçisi Aca Kovaçeviç qarşıdan gələn AÇ-2012-nin oyunları ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin qrup mərhələsində Azərbaycan və Portuqaliya ilə mübarizə aparacaq serblərin çalışdırıcısı bunları dilə gətirib:
“Bizə heç də asan qrup düşməyib. Qrupumuzda son Avropa çempionatının iki yarımfinalçısı var. Ümid edirəm ki, biz 2010-cu ildə Macarıstanda imza atdığımız nəticəni təkrarlaya biləcəyik. Hesab edirəm ki, biz qrupumuzun favoritlərindən birinə qalib gəlsək, 1/4 final mərhələsinə vəsiqə qazanacağıq”.