24 yanvar 2012 00:56
Afrika Millətlər Kubokunda daha bir qrupda mübarizə başladı
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin üçüncü oyun günündə daha iki görüş baş tutub.
C qrupunda yer alan Qabon Nigerlə üz-üzə gəlib. Turnirin meydan sahiblərindən biri olan qabonlular 2 cavabsız qolla 3 xala sahib çıxıblar.
Qrupun digər oyununda isə Mərakeş Tunislə qarşılaşıb. Bu görüşdə də tunislilər çətin qələbəyə seviniblər.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
C qrupu
23 yanvar
Qabon – Niger – 2:0
Qollar: Aubameyanq, 30, Mubamba, 45.
Mərakeş – Tunis – 1:2
Qollar: Xarya, 86 - Xelifa, 34, M'Sakni, 76.
Bu gecə D qrupu çərçivəsində Qana Botsvana, Mali isə Qvineya ilə üz-üzə gələcək.
