25 yanvar 2012 13:22
Penalti üstündə iki komanda yoldaşı əlbəyaxaya çıxdı (VİDEO)
Futbol üzrə İngiltərə 1-ci liqasında oynanılan “Bury” – “Yeovil Town” matçında maraqlı hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin heyətində qazanılan penaltini vurmaq üstündə əməlli-başlı əlbəyaxa düşüb.
Belə ki, penaltinin qazanan Giles Kok 11 metrlik zərbəni özü yerinə yetirmək istəsə də, komandanın kapitanı Stiven Şumaxer buna icazə verməyib. Bu üzdən sözügedən oyunçular arasında yaranan xoşagəlməz münaqişəni komanda yoldaşları çətinliklə də olsa, yatıra biliblər. Sonda isə penaltini məhz kapitan Şumaxer yerinə yetirib və dəqiq zərbə ilə Kokun əziyyətini yerə vurmayıb.
