25 yanvar 2012 13:40
Klublarımız Türkiyədə ciddi əngəllə üz-üzə
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədə ikinci sınaq matçına çıxmalıdı. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qüvvəsini Avstriyanın “Rid” klubu ilə görüşdə sınamağı planlaşdırır.
Lakin bu görüş baş tutmaya bilər. Bu, Antalyaya yağan güclü yağışla əlaqədardı. Dünən axşamdan başlanan yağış indiyə qədər davam etməkdədi. Qeyd edək ki, “Qarabağ”ın dünənki məşqi də məhz bu səbəbdən baş tutmamışdı. Saat 15:15-ə təyin olunan matçın oynanılıb-oynanılmayacağına yaxın zamanda aydınlıq gəlməlidi.
Yeri gəlmişkən, qeyd edək ki, bu amil digər klublarımıza da problem yarada bilər. Məsələ burasındadı ki, bu gün həm də “Qəbələ” “Kirvbass”la (Ukrayna), “İnter” isə “Konya Şekerspor”la (Türkiyə) qarşılaşmalıdı.
