25 yanvar 2012 01:13
Leysan Qarabağa imkan vermədi
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən günün ikinci çalışması 18:00-a təyin olunmuşdu.
Komanda məşqə nəzərdə tutulmuş vaxtda başlasa da, çalışmanı başa çatdırmaq mümkün olmayıb. Artıq necə gündü Antalyada davam edən qeyri-sabit hava şəraiti ötən gün yerini şiddətli leysana verib. Belədə məşq vaxtından əvvəl başa çatmalı olub.
Xatırladaq ki, komanda bu gün növbəti hazırlıq maçına çıxacaq. Avstriya “Rid”iylə görüş 15:15-ə təyin olunub.
