25 yanvar 2012 14:14
Rusiya klubu Sumqayıtla Xəzər Lənkəranı səhv saldı
Ötən gün Türkiyədə keçirilən "Sumqayıt" - "Fakel" matçından sonra maraqlı fakt ortaya çıxıb. Azerisport.az xəbər verir ki, Rusiya təmsilçisi "Sumqayıt" klubunu "Xəzər Lənkəran"la səhv salıb.
Belə ki, Azərbaycan klubuna 1:0 hesabı ilə qalib gələn Vornej təmsilçisində hər kəs rəqiblərinin "Xəzər Lənkəran" olduğunu zənn edirmiş. Lakin ruslar yalnız oyundan sonra "Xəzər Lənkəran"la yox, "Sumqayıt"la oynadıqlarına əmin olublar. Bununla bağlı, "Fakel" klubunun rəsmi saytında da yanlışlığa yol verilib:
"Sumqayıt bu mövsüm Azərbaycan Premyer Liqasında iki komanda ilə təmsil olunur. "Fakel"in məşqçilər heyəti son ana kimi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Xəzər Lənkəran"la oynayacaqlarına əmin idilər. Lakin sonradan məlum olub ki, voronejlilər Premyer Liqanın 11-cisi olan "Sumqayıt"la qarşılaşıb. Maraqlıdı ki, "Sumqayıt"ın heyətində milli komandanın 4 futbolçusu və gənclər yığmasına bir qrup namizədlər də çıxış edir".
