25 yanvar 2012 01:24
Elnur Allahverdiyev: Biçərlə aramızda münaqişə olmasını istəmirəm
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının Antalya toplanışı, eləcə də şansları barədə danışıb.
- “Wolfsburg II” ilə oyun haqda nə deyərdiz?
- Maraqlı oyun alındı. Almanların yaxşı komandası vardı. Baş məşqçimiz birinci hissədə əvvəlki oyunda forma geyə bilməyən futbolçulara şans vermişdi. İkinci hissədə isə əsas heyətin üzvlərini meydana buraxdı.
- Siz, ilk 45 dəqiqədə oynayanlar sırasındaydız. Bu, əsas heyətdəki yerinizi itirməyinizi düşünməyə əsas vermir ki?
- Xeyr, niyə ki? Sadəcə, baş məşqçi məni sol cinahda yoxlamaq istəyirdi. Bunda heç bir problem görmürəm. Necə də olmasa, bu, sadəcə sınaq matçıdı.

- “Xəzər Lənkəran” yeni baş məşqçisi ilə çempion ola biləcək?
- Biçər komandaya qış fasiləsinə üç tur qalmış gəldi. Onun gəlişi bizə kömək etdi. Halbuki, hər şey daha pis də ola bilərdi. Çünki həmin dövrdə komanda pis durumdaydı. Amma xoşəxtlikdən biz o böhrandan çıxa bildik. Biçər komandanı psixoloji cəhətdən yaxşı hazırlayır, bizimlə söhbətlər aparır. Düşünürəm ki, komandada çempion olmaq üçün lazımi potensial var. Lakin mənə elə gəlir ki, güclənməyə də ehtiyac var.
- Malidən gətirilən üç yeni futbolçu komandanı gücləndirə bilər?
- Əgər onlar komandanı gücləndirə bilməsələr, səviyyələri haqda danışmağa da dəyməz. Onların komandaya gec qoşulmasına gəlincə, vaxtında gəlib, uyğunlaşmalarına ehtiyac var. Gec gəlmələri təbii ki, ziyanımızadı.

- Cüneyt Biçər intizamı çox sevir, sizin isə Mirça Redniklə probleminiz var idi. Türkiyəli mütəxəssisin gəlişi sizin bu vərdişinizin sonunu gətirdi, yoxsa daha da gücləndirdi?
- Təəssüf ki, mənim yalnız Redniklə problemim olmayıb. Mənim bütün məşqçilərlə oxşar problemlərim olur. Çox emosionalam. Buna görə də baş məçqçilərin iradlarını çox vaxt qəbul edə bilmirəm. Amma əgər çempion olmağı arzulayıramsa, Biçəri dinləməyə borcluyam. Fikrimcə, bu, mənim üçün faydalı olar. Ona böyük hörmətim var. Türkiyəli mütəxəssislə münaqişəsiz keçinməyə çalışıram. İstənilən xoşagəlməz addım mənim karyeramı korlaya bilər.

- “Neftçi” “Xəzər Lənkəran”ın əsas rəqibidi?
- İndiki çempionat həqiqətən çox ciddidi. Mən dörd əsas rəqib görürəm – “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”. Amma eyni zamanda “Bakı” və “Qəbələ”nin də az şansının olmadığını deməliyəm.

- Futbolçular üçün altılıq oyunları təsnifat mərhələsindəki matçlardan fərqlənir?
- Bəli, özü də çox. Bütün oyunlar çox çətin alınır, atmosfer tam fərqli olur. Amma bu, yalnız ilk altılıq oyunlarına aiddi. İkinci altılıqda ambisiyalı komandalar olmur.

- İkinci altılıqda oynayardız?
- Həyatda hər şey olur. Amma normalda bu, çox çətin olardı. Axı mən adətən ilk altılıq komandalarında çıxış etmişəm. Düzünü deyim ki, çempionatımızın bu sistemlə keçirilməsindən narazıyam. Ən yaxşısı 10 komandadan, dörd dövrədən ibarət çempionat olardı. İndi çempionatın qalan dövründə bütün diqqətlər ilk altılığa yönələcək, qalan klubların oyunları isə diqqətdən kənarda qalacaq.