25 yanvar 2012 01:35
Xəzər Lənkəran yeni transferlərinə qovuşdu (FOTO)
“Xəzər Lənkəran”ın düşərgəsinə üç yeni futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, bunlar cənub təmsilçisinin Malidən olan yeni transferləridi.
Belə ki, Salif Ballo, Siriman Maqassuba və Tounkara Sadio artıq ötən gecə komandanın sıralarına qoşulub. Bu gün onların yeni komandalarında ilk məşqə çıxması gözlənilir.
