25 yanvar 2012 14:53
Sumqayıt 4 futbolçusu ilə vidalaşır
Xəbər verdiyimiz kimi, fevralın 1-də və 3-də, Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu oyunda “Sumqayıt”dan da futbolçular dəvət olunub.
Belə ki, Sumqayıt klubunun 4 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmalləddinov və Samir Yusifov millinin düşərgəsinə çağırılıb. Bu üzdən onlar klubun Türkiyədəki təlim-məşq toplanışını yarımçıq tərk etməli olacaqlar.
