27 yanvar 2012 01:38
İtaliya kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi (YENİLƏNİB)
İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələnin də oyunları cəmi bir görüşdən ibarətdi.
1/4 final mərhələsinin açılış matçında “Juventus”la “Roma” qarşılaşıb. Turin təmsilçisi meydan amilindən maksimum yararlanaraq, rəqibini 3 cavabsız qolla məğlub edib. Beləcə, bu komanda ilk yarımfinalçı olub.
İkinci oyun günündə “Chievo”nun qonağı olan “Siena” səfərdə minimal hesablı qələbə sayəsində mərhələ adlayan tərəf olub. “Napoli” isə “Inter”lə qarşılaşıb. Bu görüşdə də Neapol klubu 2 cavabsız qolla qələbə qazanaraq, Milan təmsilçisini yarımfinala buraxmayıb.
Son matç isə “Milan”la “Lazio” arasında baş tutub. Meydan sahibləri inamlı qələbə qazanaraq, son yarımfinalçı olublar.
İtaliya kuboku
1/4 final
24 yanvar
Juventus - Roma - 3:0
25 yanvar
Chievo - Siena - 0:1
Napoli – Inter - 2:0
26 yanvar
Milan – Lazio - 3:1
Yarımfinalda qarşılaşacaqlar:
Milan - Juventus
Siena - Napoli
