25 yanvar 2012 02:25

“Güclü bir komanda olmaq istəyiriksə...”

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununda Ukraynanın “Krivbass” klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, matç öncəsi komandanın baş məşqçisi Fatih Kavlak fikirlərini bölüşüb.
 
- İkinci hazırlıq matçına çıxacağıq. İlk hazırlıq matçından sonra oyunda buraxdığımız səhvlər barədə futbolçularla danışmaq, müzakirə etmək imkanımız oldu. Bu matçda da hazırlıq dönəmində nə etdiyimizi, arxada qoyduğumuz dövrü necə dəyərləndirdiyimizi görəcəyik. İnanıram kı, yaxşı oyun olacaq. Çünki komandada həm psixoloji, həm də fiziki durum yüksək səviyyədədi. Qarşıda daha üç oyunumuz var. Bu dövrü maksimum dəyərləndirib çempionatdakı vacib matçalara ən yaxşı şəkildə hazırlaşmağı hədəfləyirik.
 
- “Atırau” ilə oyunda hər hissədə fərqli 11-lik gördük. Heyətlər sanki biraz qarışıq idi. “Krivbass”la oyunda “Qəbələ”nin əsas 11-liyini meydanda görə biləcəyikmi?
- Hazırda “Qəbələ”nin düşərgəsində 27 futbolçu var. Əgər güclü bir komanda olmaq istəyiriksə, bütün oyunçular eyni hazırlıq səviyyəsində olmalıdırlar. İlk oyunda da iki eyni gücə malik komanda yaratmağa çalışdıq. “Krivbass”la matçda da eyni təcrübədən yararlanacağıq. Bu minvalla da futbolçuların nümayiş etdirdikləri oyuna əsasən ilk 11-liyimiz formalaşacaq. İstədiyim odur ki, bu yolla hər bir futbolçu ilk 11-də mübarizə aparacaq səviyyəyə çatsın.  (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.