25 yanvar 2012 15:43
Emil Mpenza: Bunu heç vaxt unutmayacağam
“Neftçi”nin hücumçusu Emil Mpenza Belçika “Vesterlo”sona keçidinin baş tutmamasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə müsahibəsində öncə bunları dilə gətirib:
“Vesterlo”ya mənə göstərdiyi marağa və təklifə görə təşəkkürümü bildirirəm. Belçikaya qayıtsam, məhz bu klubu seçəcəyəm. Onların mənə olan diqqətini heç vaxt unutmayacağam. Sadəcə, danışıqların maliyyə tərəfi məni heç də qane etmədi”.

Mpenzanın sözlərinə görə, maddi amillər onun üçün az rol oynamır: “Bilirəm ki, təklifdən imtina etməyim kənardan mənim ancaq pulu düşünməyim kimi görünür. Amma mən digər futbolçulardan fərqlənmirəm. Mən də nə qədər alacağımı bilməliyəm. Özü də nəzərə almaq lazımdı ki, artıq mənim karyeram başa çatmaq üzrədi”.
“Neftçi”nin forvardı ona Türkiyə və Çindən təkliflər olduğunu da qeyd edib: “Lakin mən bu təklifləri rəfiqəm Şana ilə birgə dəyərləndirməliyəm. Problemimi onsuz həll edə bilmərəm. Seçimim tək məni yox, onu da qane etməlidi”.
Belçikalı futbolçu “Neftçi”dəki durumuna da toxunub: “Son dövrlər baş məşqçi məni əsas heyətdə meydana buraxmır. Mən məşq edirəm, zədəm də yoxdu. Sadəcə, baş məşqçi nə mənə şans verir, nə də bunun səbəbini izah edir. Bu da məni çox məyus edir”.