26 yanvar 2012 01:48
İngiltərə Liqa kubokunun finalçıları müəyyənləşdi (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş baş tutub.
“Cardiff City” “Crystal Palace” ilə qarşılaşıb. İlk oyunda məğlub olan meydan sahibləri bunun əvəzini erkən qolla çıxıblar. Cütün qalibini müəyyənləşdirmək üçün isə hətta penaltilərə ehtiyac duyulub. Bu mübarizədən də “Cardiff City” qalib çıxaraq, adını finala yazdırıb.
Digər finalçının adına isə “Liverpool” – “Manchester City” matçında aydınlıq gəlib. İlk görüşdə qalib gələn "Liverpool" doğma meydanda heç-heçəyə nail olmaqla, adını finala yazdırıb.
İngiltərə Liqa kuboku
Yarımfinal (cavab oyunları)
24 yanvar
Cardiff City - Crystal Palace – 1:0 (penaltilərlə 3:1) (ilk oyun – 0:1)
25 yanvar
Liverpool - Manchester City - 2:2 (1:0)
