25 yanvar 2012 19:07
Qəbələ Krivbassa məğlub oldu (YENİLƏNİB)
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün Türkiyədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kavlak yetirmələrini Ukraynanın “Krivbass” klubu ilə oyunda sınayıb.
Bakı vaxtı ilə 17:30-da başlayan görüşün ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra isə ukraynalıların iki qolundan yalnız birinə cavab verən Azərbaycan klubu yenə məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, "Qəbələ" Türkiyədəki ilk sınaq matçını Qazaxıstanın “Atırau” klubuna qarşı keçirmişdi. Komandamız həmin oyunda da eyni hesabla məğlub olmuşdu – 1:2.
Yoxlama oyunu
25 yanvar
Qəbələ - Krivbass - 1:2 (0:0)
"Qəbələ"nin start heyəti: Pavel Doroşev, Saşa Yunisoğlu, Lyubo Baranin, Daniel Lopes Kruz, Mahir Şükürov, Bruno da Silva, Veselko Trivunoviç, Deon Barton, Viktor Mendi, Dodo, Yannik Kamanan.
Oyun başladı
İlk dəqiqələrdən "Qəbələ" topa daha çox nəzarət edir
"Kribass" əks-hücumlara üstünlük verməyə başlayıb ki, heç də az təhlükəli alınmır
Dodo hesabı açmağa yaxın olsa da, şansı dəyərləndirə bilmir
Ukrayna klubu iki təhlükəli qol vəziyyəti yaradır
"Qəbələ"də isə ön xəttdə heç nə alınmır
Dodonun zərbəsi dirəkdən dönür
Doroşev kobud səhvə yol versə də, rəqib oyunçu boş qapını nişan ala bilmir
Ilk yarı başa çatdı
İkinci hissə başladı
Fatih Kavlak fasilədən sonra meydana 8 yeni futbolçu buraxıb
Ukrayna klubu iki təhlükəli hücum qursa da, Doroşevi əvəzləyən Qrim Smit komandasını qoldan xilas edir
Rəqib oyun nəzarəti ələ keçirib
"Qəbələ"nin oyunçuları cərimə zərbəsindən yararlana bilmirlər
Əvəzində 70-ci dəqiqədə Ukrayna klubu hesabı açır - 0:1
Beş dəqiqə sonra Arif İsayev hesabı bərabərləşdirir - 1:1
82. "Krivbass" yenidən hesabda önə keçir - 1:2
Oyun başa çatdı
