25 yanvar 2012 03:11
Qana və Mali Afrika Millətlər Kubokuna qələbə ilə başladı
Afrika Millətlər Kubokunda qrup mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Qabon və Ekvatorial Qvineyanın birgə ev sahibliyi etdiyi turnirin dördüncü oyun günündə daha iki görüş baş tutub.
D qrupunda yer alan Qana Botsvana ilə üz-üzə gəlib. Qanalılar minimal hesablı qələbə sayəsində 3 xala sahib çıxıblar.
Qrupun digər oyununda isə Mali Qvineya lə qarşılaşıb. Bu görüşdə də nominal meydan sahibləri qələbəyə seviniblər.
Qeyd edək ki, bu dəfəki Afrika Millətlər Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır. Turnirin finalı fevralın 12-də baş tutacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
D qrupu
24 yanvar
Qana - Botsvana – 1:0
Qol: Mensah, 25.
Mali - Qvineya – 1:0
Qollar: Traore, 30.
Bu gecə A qrupu çərçivəsində Liviya Zambiya, Ekvatorial Qvineya isə Seneqalla üz-üzə gələcək.
