25 yanvar 2012 16:17
“Azərbaycan yığmasının zəif nöqtələrini bilirik”
Futzal üzrə Portuqaliya yığmasının oyunçusu Joay Matuş qarşıdan gələn AÇ-2012-nin oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, D qrupunda Azərbaycan və Serbiya ilə birgə yer alan portəgizlərin aparıcı oyunçusu öncə bunları dilə gətirib:
“Biz Azərbaycanın nə qədər çətin rəqib olduğunu bilirik. Amma Portuqaliya AÇ-2010-la müqayisədə yaxşıya doğru çox dəyişib. Biz fərdi olaraq da nəyə qadir olduğumuzu da yaxşı bilirik. Həmçinin Azərbaycan yığmasının zəif cəhətlərindən də xəbərimiz var. Onların müdafiə xəttində olan çatışmazlıqlardan yararlanmağı düşünürük. Portualiya daim hücum etməli və səhv buraxmamalıdı”.
