25 yanvar 2012 17:02
Uğur Pamukun ilk və möhtəşəm qolu (VİDEO)
Azerisport.az sizi Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”ın qardaş ölkədəki ilk yoxlama oyunundan hazırlanan videoicmalla tanış edir. Qeyd edək ki, Bernard Raabın komandası həmin oyunda Qazaxıstan Premyer Liqasında 2-ci pillədə qərarlaşan “Jetisu”nu 2:0 məğlub etmişdi. Qarşılaşmada ilk qol 70-ci dəqiqədə vurulub. Uğur Pamukun sağ cinah ötürməsindən sonra cərimə meydançasında boş qalan Ramil Həşimzadə bir toxunuşla topu tora qovuşdurub. Bu qoldan 7 dəqiqə sonra “Sumqayıt” daha bir qol vurdu. Abdulla Abatsıyevin ötürməsindən sonra Ruslan Qurbanov qapıçı ilə üz-üzə qalsa da, rəqib qolkiper “yuvarlaq meşin”i uzaqlaşdırıb. Bu epizodda topa yiyələnən Uğur Pamuk təxminən 40 metrlik məsafədən topu tora qovuşdurmaqla möhtəşəm qola imza atmışdı.
