25 yanvar 2012 18:06
Musa Süleymanov: Turandan istefa verməmişəm
“Turan”ın prezidenti Musa Süleymanov Tovuz klubunu buraxdığına dair yayılan xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, istefa vermədiyini bəyan edib:
“Mən klubun prezidenti postundan istefa verməmişəm. Sadəcə, “Turan”a kömək olunmasını xahiş etmişəm. Çünki əgər belə bir kömək olmasa, biz Premyer Liqada çıxış edə bilməyəcəyik. Aşağı yaş qrupları üzrə komandalarımız öz çıxışlarını davam etdirirlər. Amma əvəzedici və əsas komanda ilə bağlı tam fərqli vəziyyət hökm sürür. Bu il yarımda mən “Turan”a kömək etməyə çalışmışam. Uşaq futboluna xüsusi diqqət ayırmışam. İndi uşaqlar Tovuzda pulsuz futbol təhsili alırlar, məşq edirlər. Hansı ki, bu, şəhərdə ilk dəfədi edilirdi”.