25 yanvar 2012 19:38
Turana himayədar tapıldı
Tovuzun “Turan” futbol klubunun yeni rəhbəri məlum olub. Azerisport.az xəbər verir ki, bundan sonra komandaya Tovuz rayon İcra Hakimiyyəti sponsorluq edəcək.
Artıq rayonun icra başçısı Tofiq Zeynalov komandanı qəbul edib. Lakin bu məlumatların nə dərəcədə həqiqətə uyğun olması dəqiq deyil.
Qeyd edək ki, “Turan”ın prezidenti Musa Süleymanov bir neçə gün öncə klubdan imtina etdiyini açıqlamışdı. Bu gün isə o, istefa vermədiyini bəyan edib. (lent.az)
