25 yanvar 2012 21:24
Qarabağ daha bir legionerdən imtina edir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov baxışda olan daha bir futbolçunu bəyənməyib. Azerisport.az xəbər verir ki, çalışdırıcı belaruslu Dmitri Rekişdən imtina etməyə hazırlaşır.
Bu gün keçirilən Avstriya “Rid”i ilə sınaq matçında meydanda olan Rekiş özünü heç də yaxşı tərəfdən göstərə bilməyib. Bu azmış kimi, o, zədə də alıb. Belədə, onun komandada qalmaq ehtimalı aşağı qiymətləndirilir.
Komandada baxışda olan digər legioner futbolçu - xorvat İqor Yüqoviç də hələlik özünü isbatlaya bilməyib. Amma güman ki, Qurbanov bu oyunçuya bir dəfə də şans verəcək.
