25 yanvar 2012 11:19

“Xəzər Lənkəranda problemlərimiz olacaq”

“Xəzər Lənkəran”ın yeni transferlərindən olan Salif Balu azerisport.az saytına müsahibəsində yeni komandasından və hədəflərindən danışıb.
 
- “Xəzər Lənkəran”a transferinizlə bağlı nə deyərdiz?
- Mən bu kluba gəldiyim üçün şadam. Maliyə bu komandanın nümayəndələri gəlmişdilər. Biz o zaman onlarla danışıb razılığa gələ bildik. Hər şey çox asanlıqla həllini tapdı.
 
- Siz necə kluba gəldiyinizi bilirsiz?
- Bəli. Hələ Malidə olarkən bu klub haqda bəzi şeylər oxumuşam, şəkillərə baxmışam. Başa düşürəm ki, “Xəzər Lənkəran” ölkədə böyük klublardandı. Burda yığmanın futbolçuları da çıxış edirlər.
 
- “Xəzər Lənkəran”dakı hədəfləriniz nədən ibarətdi?
- Mənim böyük ambisiyalarım yoxdu. Sadəcə, kluba kömək etmək istəyirəm ki, çempion olsun, kubok qazansın.
 
- Bəs Azərbaycan çempionatı barədə nə eşitmisiz?
- Nə biliriksə, hamısı internet vasitəsilə öyrəndiklərimizdən ibarətdi. Əlbəttə, maraqlanmışam. İndi də mənə Azərbaycan futbolu çox maraqlıdı. Amma futbolçularınız barədə danışa bilmərəm. Onlarla çempionatın gedişində tanış olacam. Odu ki, ölkənizlə, futbolunuzla tanışlığım məhduddu. İnternet vasitəsilə hər şeyi öyrənmək olmur. Özü də biz sadəcə istifadə etdiyimiz fransız dilində oxuyuruq.
 
- “Xəzər Lənkəran”a uyğunlaşmaq çətin olmayacaq ki? Sirr deyil ki, həm siz bizə görə ekzotik ölkədən gəlmisiz, həm də biz sizin üçün elə sayılırıq...
- Düşünmürəm ki, elə problemlərlə üzləşərəm. Amma belə çətinliklər təbii ki, olacaq. Məsələn, dillə bağlı müəyyən problemlərin olması mümkündü. Çünki biz üçümüz fransız dilində danışırıq. Başqa dillərdə danışa bilmirik. Heç sizə də nə deyəcəyimi bilmirəm. Yeni komanda yoldaşlarımızla necə ünsiyyət quracağımızı zaman göstərəcək.
 
- Düz deyirlər ki, siz Mali yığmasının üzvlərisiz?
- Bəli, elədi ki, var.
 
- Bəs o zaman niyə yığmanızın hazırda iştirak etdiyi Afrika Millətlər Kubokuna aparılmamısız?
- Məsələ burasındadı ki, biz əsas yığmada çıxış etmirik. Bizimki gənclərdən ibarət yığmadı. Sonralar əsas yığmada da özümüzü göstərəcəyik.

- Malinin Afrika Millətlər Kubokundakı şanslarını necə qiymətləndirərdiz?
- Bu turnirdə bizdən güclü komandalar var. Odu ki, bizim şanslarımız o qədər də yüksək deyil.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.