25 yanvar 2012 11:36
Elnur Abdullayev: Çempionatda da qol vurmaq istəyirəm
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev Almaniyanın “Wolfsburg” klubunun ikinci komandası ilə sınaq matçından (2:1) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yaxşı ki, biz qələbə qazandıq. Ümumiyyətlə, qələbə seriyasını çempionatda da davam etdirmək lazımdı. Belə oyunlarda ən vacib olan isə daha yaxşı hazırlaşmaqdı. Bütövlükdə, 10 günə yaxındı hazırlıq keçirik. Özümü yaxşı formada hiss edirəm. “Wolfsburg”la oyunda olduğu kimi, çempionatın qalan dövründə də fərqlənmək istəyirəm”.