25 yanvar 2012 11:54
Xəzər Lənkəran Türkiyədə məkan dəyişdi
“Xəzər Lənkəran” Türkiyə toplanışı çərçivəsindəki məkanında yerdəyişmə edib. Azerisport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçən “ağ-yaşıllar” bundan sonra “Gloria” otelində qalacaqlar.
Xatırladaq ki, cənub təmsilçisi əvvəlki günlərdə “Spice Hotel & Spa” otelində məskunlaşmışdı. Lakin klub rəhbərliyinin bu addımı hansı səbəbdən atdığı dəqiq məlum deyil.
