25 yanvar 2012 12:35
İnter yenə rəqibini dəyişdi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Türkiyənin “Konya Şekerspor” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “bankirlər” əslində bu gün Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşmalı idilər. Lakin son anda rəqib yenə dəyişdirilib. Maraq üçün xatırladaq ki, “İnter” yanvarın 21-də də Albaniyanın “Biliş Bolş” klubu ilə görüşməyi planlaşdırdığı halda, bu ölkənin digər təmsilçisi “Skenderbeu” ilə qarşılaşmışdı.
Sonda onu da xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı. Həmin oyunda bakılılar 1:3 hesablı yenilgi ilə üzləşmişdilər. “Skenderbeu” ilə görüş isə sülhlə başa çatmışdı – 0:0.
