25 yanvar 2012 20:03
İnter Türkiyə klubu üzərində qələbə qazandı (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri bu dəfə Türkiyənin “Konya Şekerspor” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Lakin rəqibinə nisbətən daha çox qola sevinən "bankirlər" meydandan qalib ayrılan tərəf olublar.
Qeyd edək ki, “bankirlər” əslində bu gün Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşmalı idilər. Lakin son anda rəqib yenə dəyişdirilib. Maraq üçün xatırladaq ki, “İnter” yanvarın 21-də də Albaniyanın “Biliş Bolş” klubu ilə görüşməyi planlaşdırdığı halda, bu ölkənin digər təmsilçisi “Skenderbeu” ilə qarşılaşmışdı.
Sonda onu da xatırladaq ki, paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşmışdı. Həmin oyunda bakılılar 1:3 hesablı yenilgi ilə üzləşmişdilər. “Skenderbeu” ilə görüş isə sülhlə başa çatmışdı – 0:0.
Yoxlama oyunu
25 yanvar
İnter - Konya Şekerspor - 3:2 (1:1)
"İnter"in start heyəti: Georgi Lomaya, Valeri Abramidze, Peter Xrappan, Vladimir Levin, Arif Daşdəmirov, Əziz Quliyev, Bronislav Çervenka, Tarasov, Qross, Asif Məmmədov, Koffi.
Oyun başladı
Meydançanın vəziyyəti çox pisdi
Üstünlük bakılıların tərəfindədi
"İnter" hesabı açmağa yaxın olsa da, qapı dirəyi buna imkan vermir
Qazonun durumu futbolçulara öz ustalıqlarını göstərməyə imkan yaratmır
Türkiyə klubu təhlükəli hücum qursa da, yararlana bilmir
35-ci dəqiqədə türklər hesabı açırlar - 0:1
40-cı dəqiqədə isə B.Çervenka komandasını məğlubiyyətdən xilas edir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Üstünlük "İnter"in tərəfindədi
47-ci dəqiqədə Girt Karlson "İnter"i hesabda önə keçirir - 2:1
5 dəqiqə sonra Türkiyə klubunun futbolçusu avtoqola imza atır - 3:1
70-ci dəqiqədə "İnter" növbəti dəfə meydanın mərkəzinə dəvət olunur - 3:2
Meydanda bərabər səviyyəli oyun gedir
Matç başa çatdı
