26 yanvar 2012 13:01
Yığmamız 6 qolla qələbə qazandı (FOTOLAR)
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz yerli “Ekol” klubu ilə qarşılaşıb.
Bu oyundan millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Vitali Borisovun 4 qol vurduğu oyunda hərəyə 1 dəfə Namiq Məmmədkərimov və Rüfət Balakişiyev fərqlənib.
